Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb.
Mediabiz.az xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı olanları isə 20 qəpik baha satır.
Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq verilmir.
Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır.
Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.
Yenisabah.az