Azərbaycan idmanında daha bir itki yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev yol qəzasında həlak olub.
Hadisə Rusiyada yanvarın 25-də Moskva-Həştərxan magistralında baş verib. Bildirilir ki, qəza zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci ildə Macarıstanda yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.