Cəmiyyət

Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI

“Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər tərəfimizdən davamlı olaraq aparılmaqdadır. Belə ki, hər il qış mövsümü başlayanda hansı ki, bu cür xəstəliklərin yayılma ehtimalı daha da artır bunu nəzərə alaraq qabaqlayıcı tədbirlərə həyata keçirilir. Bu çərçivədə “BakuBus” MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya edilir”.

Bunu Redaktor.az sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparılır:

“Hər həftənin şənbə günü perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilir. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılır. Təbii son günlər daha çox müzakirə olunan koronavirusla bağlı qeyd olunan tədbirlərə nəzarət daha artırılıb.

Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçiriləcək”. //Modern.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir