Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.
Report-un xəbərinə görə, o, İsveçrədə 82 yaşında dünyasını dəyişib.
Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.
Qeyd edək ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.