Cəmiyyət

Eldar Quliyev çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur

Ötən ayın sonunda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə, məhz parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi və bununla bağlı ictimaiyyətə, hakim siyasi partiyanın sədr müavini-icra katibi Əli Əhmədov geniş açıqlama verdi. Partiya funksioneri verdiyi açıqlamasında bildirdi ki, “YAP-ı təmsil edən millət vəkilləri parlamentə müraciət ünvanlamağa qərar veriblər və onların müraciətləri Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, rəhbərlik ünvanlanan müraciətin yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmasına nail olacaq”. Bəli, belə bir müraciət parlamentdə müzakirəyə çıxarıldıqdan sonra, millət vəkillərinin tam əksəriyyəti ali qanunverici orqanın buraxılmasına səs verdilər. Beləliklə, beşinci çağırış Milli Məclis tam tərkibdə buraxıldı və 2020-ci ilin 09 fevral tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt da təyin olundu. Artıq seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. Yəni, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin “Təqvim planı” da qəbul olunub. “Təqvim planı”na uyğun olaraq seçkilərin keçirilməsinə dair tədbirlərin, yəni namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlərə dair vaxt müəyyən olunub və büdcədən ayrılan vəsaitlər hesabına, məhz ölkəboyu belə bir prosesin keçirilməsinə ciddi hazırlıq işləri də görülməkdədir.

Təqribən üç-dörd gün bundan öncə Mərkəzi Seçki Komissiyasından əldə etdiyimiz məlumata görə, 09 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Qeydə alınmış potensial namizədlərdən biri də,Azərbaycan Kooperasiya Universitetinin rektoru,  Eldar Quliyev, 28 saylı Sabunçu üçüncü Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Eldar Quliyev. Adı çəkilən bu bəy xarakterik xüsusiyyəti, iş üslubu, insanlara yanaşma münasibətinin göstəriciləri və s. haqda az-çox məlumatlı olan hər kəs bilir ki, o, hər zaman ictimai həyatda özünün peşəkarlığı və qayğıkeşliyi ilə əksəriyyətdən fərqlənən bir şəxs olub. Daşıdığı vəzifəsinin icraasına başladığı ilk gündən nümunəvi addımlarını atıb, sağlam davranışı və saf düşüncəsi ilə çoxlarına örnək olub. Eldar müəllim, məhz belə bir addımları ilə qısa zaman kəsiyində hər kəsin rəğbət hissini də qazana bilib. Haqqında söz-söhbət düşərkən, onu tanıyanlar Eldar Quliyevdən ağızdolusu danışar, əməllərinin yüksək insani hisslərlə bağlı olduğunu dilə də gətirərlər. Hətta onu tanıyan, onun iş fəaliyyəti, həyata baxışı, hər kəsə qarşı fərdi yanaşma münasibəti haqda məlumatlı olanlar onu da qeyd etdilər ki, “Eldar Quliyev Azərbaycan  Kooperasiya Universitetinin rektoru təyin olunduğu ilk gündən özünün isguzarlığı və peşəkarlığı ilə tanınıb. Qısa zaman kəsiyində böyük hörmət-izzət sahibi olub”. Hər kəsə bəllidir ki, Eldar Quliyev müəllim yalnız və yalnız bir amalı var, o da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilən siyasi kursu müdafiə etmək, dövlətimizi, xalqımızı sevməkdir.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.   Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Eldar Quliyev, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Eldar Quliyev, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Eldar  müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Eldar Quliyev tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır.  Hər kəsə bəllidir ki, Eldar Quliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Hal-hazırda .Azərbaycan Kooperasiya Universitetinin rektoru,  və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Eldar Quliyev, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Eldar Quliyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Eldar Quliyev haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Eldar Quliyev haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki,Eldar Quliyev barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.Adicə o halın varlığına diqqət yetirək ki, Eldar Quliyevin daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, Eldar Quliyev Azərbaycan  Kooperasiya Universitetinə aid sahələr gündəlik problemlər əmələ gətirən, eyni zamanda tələbkarlığı sevən bir sahədir. Belə bir sahəyə rəhbərlik etməklə, şəhər təsərrüfatının hər sahəsində əmələ gələn problemləri zamanında aradan qaldıran, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

Eldar Quliyev haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Eldar Quliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN…….

P.S. Zirveyolu.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Eldar Quliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Eldar Quliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir