“Toylara yalnız qonaq kimi gedirəm, aparıcı kimi getmək mənim xarakterimə uyğun deyil”.
Axşam.az xəbər verir ki, bu sözləri “İri planda” verilişində aparıcı Nailə İslamzadə deyib.
O, toylarda aparıcılıq etməməsinin səbəbini belə izah edib:
“Mən danışanda hər kəs mənə qulaq asmalıdır. Televiziya üçün hər bir yerə getmişik. Bunlar canlı yayımlanıb. “Ailələr, talelər” verilişində toy da çəkmişik, orada danışmışam da. Pul qazanmaq üçün gedə bilmirəm. Gedənləri qınamıram, onlar pul qazanırlar. Bəlkə də, bu, onların içindən gedir. İnsanlar müxtəlifdir, hər kəs eyni olsaydı, bu maraqsız olardı. Nailə İslamzadə bunu edə bilmir”.