“Türkiyə Liviyada qanuni hökumətin, Suriyada isə xalqın yanındadır”.
Apa-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Rusiyanın “Vaqner” muzdlu ordu Haftarın (Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar-red.) xidmətindədir.
Türkiyə Prezidenti Suriyada baş verən son proseslərə də toxunub.
O qeyd edib ki, Türkiyə Suriyanın suverenliyini dəstəkləyir və bunun üçün bütün lazımi addımlar atılacaq.