Müğənni Nadir Qafarzadə növbəti dəfə qalmaqallı açıqlama verib. Lent.az -ın məlumatına görə, ifaçı “Show news”a açıqlamasında sosial şəbəkədə bəzi istifadəçilərin paylaşımlarından da xeyli gileylənib:
“İnstaqramda paylaşımlar o qədər şit olub ki, “Tik-Tok”lar çəkirlər. Gəncləri bildik, yaşlılar özlərini meymun yerinə qoyublar. Əvvəllər ağbirçək, ağsaqqallardan gənclər nümunə götürürdü. İndi bəzi yaşlı insanlar özlərini qoyublar pis vəziyyətlərə. Adam utanır ki, onlara ağsaqqal desin.
Sosial şəbəkədə onu tənqid edənlər haqqında isə ifaçı bunları deyib:
“Əvvəllər mənə tənqid və təhqir yazanlara cavab verirdim. Daha sonra düşündüm ki, cavablandıraraq onları sevindirməyim. Misal var, it hürər məsələsi…. Tənqidləri silmirəm, yüz dənə tərifləyən olanda qoy ikisi də pisləsin”.