ABŞ altı ölkənin vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib.
Kommersant.ru-nun verdiyi xəbərə görə, ABŞ bunu həmin ölkələrdə “təhlükəsizliyin təmin edilməsi ilə məşğul olunması” səbəbi ilə tətbiq etdiyini deyib.
Xəbərdə Qırğızıstan, Nigeriya, Eritreya, Myanma, Tanzaniya və Sudan vətəndaşlarının ABŞ-a viza üçün müraciət edə bilməyəcəkləri, viza püşkatmasında iştirak etmələrinin qadağan olunduğu bildirilib.
Administrasiya nümayəndəsi bildirib ki, qərar minimum təhlükəsizlik standartlarına cavab verməyən və ya qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün əməkdaşlıq etməyən ölkələrə münasibətdə təhlükəsizlik tədbirlərini sərtləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, 2017-ci ildə ABŞ İran, İraq, Suriya, Liviya, Yəmən, Sudan, Somali və İraq vətəndaşlarına giriş qadağası tətbiq edib.