Dünya

İsraildən koronavirusla bağlı vacib AÇIQLAMA

Tibbi maskalar koronavirusdan qorunmağa tam zəmanət vermir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin Tel-a-Şomer klinik mərkəzinin infeksionisti Vladislav Litaçevski bəyan edib.

Onun sözlərinə görə, tibbi maskalar yoluxma ehtimalını azaldır, ancaq 100 faiz zəmanət vermir: “Müdafiə bir sıra amillərdən asılıdır. Məsələn, materialın nə qədər məsaməli olması vacibdir. Bu, onun hansı zərrəcikləri buraxa biləcəyinə təsir göstərir”.

“Bizdə hələ nədən müdafiə olunmaq istədiyimizlə bağlı tam anlayış yoxdur”, – deyə Litaçevski bəyan edib.

İnfeksionist koronavirusdan müdafiə üçün bir sıra amilləri açıqlayıb. O, insanların kütləvi toplandığı yerlərdən çəkinməyi, Çinə səfərləri təxirə salmağı və heyvan bazarlarına getməməyi tövsiyə edib.

Həkim onu da bildirib ki, koronavirus tibb işçilərinə çoxdan məlumdur. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının bütün virus infeksiyalarının on faizini məhz koronavirus təşkil edir: “Adətən, xəstəlik öz-özünə keçir. Lakin indi tibbi işçiləri əvvəllər məlum olmayan genetik fərqlilik müəyyən ediblər”.

Qeyd edək ki, son məlumatlara görə, Çində bu virusdan daha 45 nəfər həyatını itirib. Fevralın 1-nə olan məlumata görə, bütün dünyada yoluxanların sayı 11 mini keçib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir