İdman

“Qarabağ” Alper Potukla razılığa gəldi

“Qarabağ” “Fənərbaxça”nın futbolçusu Alper Potukla razılığa gəlib.
Zirveyolu.info “Milliyyet”ə istinadən xəbər verir ki, Ağdam klubu yarımmüdafiəçini birdəfəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək niyyətindədir.

Xəbərdə bildirilib ki, “Fənərbaxça” 28 yaşlı futbolçunu digər Türkiyə Super Liqa təmsilçisi “Rizəspor”a icarəyə vermək istəyir, lakin futbolçu “Qarabağ”a keçmək niyyətindədir.

Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. İllik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia edilib. Ağdam təmsilçisi futbolçu ilə razılığa gəlsə də, yekun qərarı İstanbul təmsilçisi verəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir