Səhiyyə

Ağciyər İnstitutundan daha bir xəbər

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.
Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyulub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.
Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər.

Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir