Şou biznes

“Gəncədə səhnəyə alt paltarında çıxmışdı…”

Əməkdar artist Zöhrə Abdullayeva prodüser Tarix Əliyevin (Tolik) “Youtube” layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi oğlu dünyasını dəyişən zaman ona edilən qınaqlardan, sosial şəbəkədə yazılan rəylərdən söz açıb:

“Sərhəddin o tayında bura elə müğənnilər gəlir ki… Demet Akalın gic kimi gülür, onu burada əl üstündə tuturlar. Kimdir o? Bizim müğənnilərin heç dırnağı deyil. Lap qulağına çatsın. Hadisə Gəncəyə gəlmişdi. Səhnəyə alt paltarında çıxmışdı. 200 min alıb getdi. Onlara niyə pis söz yazmırlar? Niyə hörmət edirlər?

Amma mənə yazırlar. Biri yazdı ki, oğlu ölüb eynək taxıb. Heç bilmədim onu gözümə kim taxıb. Dedilər ki, göy rəngdə şal atıb. Buna hazırlaşmamışdım. Ağıllı balam gedirdi, bizim millət niyə belədir?”.

Qeyd edək ki, sənətçinin övladı 2018-ci ildə dünyasını dəyişib.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir