Cəmiyyət Manşet

Novruz bayramında bir həftə iş olmayacaq

Bu il Novruz bayramında bir həftə iş olmayacaq.

APA xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Eyni zamanda 8 mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir