İdman

Şəhriyar Məmmədyarov: “Xəstəlik səbəbindən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım”

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq dayandırmasının səbəbini açıqlayıb.

Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

36 yaşlı şahmatçı xəstəlik səbəbindən yarışla vaxtından əvvəl vidalaşdığını deyib.

O bildirib ki, artıq hər şey qaydasındadır:

“Təəssüflər olsun ki, Cəbəllütariq turniri zamanı allergik xəstəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım.

Turnirin təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən, baş təşkilatçı Stüart Konkvestə təşəkkürümü bildirirəm. Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir