Cəmiyyət Manşet

Mehman Hüseynov: “Xərçəng olduğuma görə mənə gülürdü…”

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov MSK-ya həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayət edib.
İclasda iştirak edən M. Hüseynov bildirib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir:
“Biz beynəlxalq aləmə bu gün göstərməliyik ki, islahata, şəffaf seçkiyə meyilliyik. Mənim qorxacağım heç nə yoxdur. İstəyirsiz  namizədliyimi ləğv edin.
Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü. Bütün səsyazmanı təqdim etməyə hazıram. O, səsyazısında hamını söyür. Bizim dairəni xüsusi nəzarətə götürün”.

MSK sədri bildirib ki, dairə ciddi nəzarətdə saxlanılacaq: “Səsvermə günü həmin dairədə gedən prosesləri ciddi nəzarətdə saxlayacağıq”. (qafqazinfo)
www.anews.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir