Müğənni Nadir Qafarzadə əməkdar artist Könül Kərimova və Xalq artisti Nazpəri Dostəliyevanın münasibətlərinin gərginləşməsindən danışıb.
Qafarzadə “Ölkə.Az”-a açıqlamasında bildirib ki, münaqişənin dəqiq səbəbindən xəbərdar deyil:
”Mən xanımların işinə qarışa bilmərəm. Verilişdə baş verən hadisə ilə düzü heç maraqlanmadım. Çünki bu haqda bilmək mənə lazım da deyil. Aralarında olan anlaşmazlığı da düşünürəm ki, özləri həll etməlidirlər. Ola bilər ki, hər iki müğənninin də bir-birinə qarşı qadın kaprizi olub. Ümumiyyətlə, mən efirlərdən imtina etmişəm. Səbəbi də verilişlərdə baş verən belə xoşagəlməz hadisələrdir”.
Qeyd edək ki, N.Dostəliyeva “5-də 5” verilişində Könül Kərimovayla görüşməkdən imtina etmişdi.
Verilişin digər qonağı Nadir Qafarzadə olub.