Rusiyanın Sankt-Peterburq şəhərində polis dələduzluq etmək istəyən şəxsləri tutub.
Bu barədə Ren.tv Rusiya Daxili İşlər Nazirliyinin (DİN) şəhər üzrə mətbuat katibinin xəbərinə əsasən məlumat yayıb.
Bildirilir ki, 55 yaşlı Başkiriya sakini dələduzluq əməlinə başqa şəxsləri də cəlb edib. Onlar Moskva vilayətindən olan bir neçə hüquqi şəxsin nominal baş direktoru, bank təhlükəsizlik işçisi və Soçidə axtarışda olan bir sakin olublar.
Dələduzlar banklara 50 yaşlı Moskva sakininin ölümü ilə bağlı və mərhumun varisi olduğunu göstərən saxta sənədlər təqdim ediblər.
Onlar bu yolla mərhum kişiyə məxsus 580 milyon rubl (15,718,000 AZN) məbləğində pulu mənimsəmək istəyiblər.
Faktla bağlı cinayət işi açılıb.