Cəmiyyət

Bakıda metroda özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Metronun “Nərimanov” stansiyasında bir nəfər özünü qatarın altına atıb.

“Bakı Metropoliteni”ndən APA -ya verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.

Dərhal gərginlik xətdən ayrılıb.

Özünü qatarın altına atan 24 yaşlı gənc yüngül xəsarət alıb.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.

“Bakı Metropoliteni”ndən o da bildirilib ki, qatarların hərəkətində hər hansı bir texniki problemin yaranması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir