Dünya

FTB Putinin generalını saxladı

Rusiyanın Federal Təhqiqatlar Bürosunun (FTB) Hərbi Əks-kəşfiyyat Xidmətinin əməkdaşları Silahlı Qüvvələrin Baş qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovu saxlayıb.

Bu barədə “Kommersant” mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, general-polkovnik külli miqdarda dələduzluqda ittiham olunur.

Qəzetin məlumatına görə, X.Arslanov Moskvadakı evində saxlanılıb və ifadə vermək üçün Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Bundan sonra general-polkovnik 235-ci qarnizon hərbi məhkəməsinə  çatdırılıb.

Məhkəmədə onun iki ay müddətinə həbs olunması barədə vəsatətə baxılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir