Manşet Sosial

Güclü külək əsəcək, yağış, sulu qar, qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən xəbərə görə, mülayim şimal-qərb  küləyi axşam güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  8-11, Bakıda  gecə 5-7, gündüz  9-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 8-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi gözlənilir. Havanın temperaturu  gecə  3-8, gündüz  10-15 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta  olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir