Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyə vətəndaşları ilə evlənmək istəyən rus qadınlarına məsləhət verib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
A.Yerxov rus qadınlara bu ölkənin milli-mədəni və dini xüsusiyyətləri, insanların həyat tərzi ilə tanış olmağı tövsiyə edib.
O qeyd edib ki, türk ailəsinin təfəkkürü və həyat tərzi Rusiyadakı ailə nizamından bir qədər fərqlidir, buna görə də yeni yaşayış şəraitinə uyğunlaşmaq qabiliyyəti lazımi dərəcədə qiymətləndirilməlidir