Cəmiyyət Manşet

FHN Xətai Rayon İcra Hakimiyyətinə və şirkətə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında elektrik yarımstansiyasının tikintisi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən  verilən məlumata görə, Xətai rayonu N.Əliyev küçəsi 10 ünvanında yerləşən “Baku Lux” MMC-yə məxsus yaşayış binasının ərazisində inşa olunan, sahəsi 64 kv/m elektrik yarımstansiyasının tikintisi üçün heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədləri təqdim olunmayıb: “Məsələ ilə bağlı 05 fevral 2020-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və “Baku Lux” MMC-nin rəhbərliyinə müvafiq məktublar göndərilib”.

Qeyd edək ki, mediada adıçəkilən ünvanda yaşayan sakinlərin elektrik yarımstansiyasının tikintisinə etiraz etməsinə dair məlumat yayılıb. Sakinlər yarımstansiyanın tikintisinin qanuni əsaslarla aparılmadığını iddia ediblər və bununla bağlı rəsmi orqanlara müraciət etdiklərini bildiriblər.

FHN-dən isə bildirilib ki, nazirlik bu məsələ ilə bağlı həm şirkətə, həm də rayon icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir