Sosial

Pensiyaçılara pensiyalar artımlarla birgə ödənildi – RƏSMİ

Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Fazil Talıbov şəxsi sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, vətəndaşlar artıq pensiyalarını ala bilərlər: “Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi, qrafikə uyğun olaraq ödənəcək. Xatırlatma üçün bildirim ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir