Dünya

Koronavirus bioloji silahdırmı? – Çin cavab verdi

Çin hökuməti koronavirusun bioloji silah olma versiyasını qiymətləndirib. Belə ki, ÇXR-in ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edərək, bu mövzuda spekulyasiyanı axmaqlıq adlandırıb.

Diplomat bəyan edib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə, bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər, həmçinin koronavirusla mübarizəyə mane olar.
“Bəzi insanlar deyir ki, virus hərbi laboratoriyada yaradılıb – Çində yox, ehtimal ki, ABŞ-da. Biz bu ağılsız fərziyələrə necə inana bilərik?” – deyə Tyankay bəyan edib.
Diplomat onu da bildirib ki, virusun mənşəyi barədə hələ çox şey məlum deyil.
“Bir çox ölkələrin alimləri daha çox informasiya əldə etməyə çalışır. Lakin ilkin araşdırmalara görə, koronavirus insanlara heyvanlardan keçə bilər”, – deyə o, bildirib.
Qeyd edək ki, Çin hökuməti “2019-nCoV” koronavirusuna müvəqqəti olaraq NCP (yeni tip koronavirusun səbəb olduğu sətəlcəm) adı verib. Son məlumatlara görə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 803 nəfərə çatıb. //Oxu.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir