“Yeni Sabah”ın məlumatına görə, onların demək olar ki, hamısı ilk dəfədir millət vəkili seçilir. Yeni parlamentdə təmsil olunacaq yaşı 40-dan az olan deputatları təqdim edirik:
Hazırkı nəticələrə görə ən gənc deputat 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilən Cəfərov Kamal Xaqani oğludur. 1989-cu ildə anadan olan K. Cəfərovun 31 yaşı var. Onun namizədliyi YAP tərəfindən irəli sürülmüşdü.
Digər gənc deputat 99 saylı Şəmkir kənd seçki dairəsindən Həsənov Nurlan Urfan oğludur. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi olan N. Həsənov 32 yaşındadır. O, 1988-ci ildə anadan olub. Namizədliyi YAP tərəfindən irəli sürülmüşdü.
24 saylı Nizami birinci seçki dairəsindən qalib gələn Nurullayeva Könül Oruc qızı 35 yaşındadır. O 1985-ci ildə anadan olub. “Eventoc” tədbir əməliyyat komitəsinin baş direktorun müavini olan K. Nurullayevanın namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Bitərəfdir.
96 saylı Goranboy-Naftalan seçki dairəsindən adı qaliblər siyahısında olan Məmmədov Anar İlyaz oğlu 36 yaşındadır. O, 1984-cü ildə anadan olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində şöbə rəisi olan A. Məmmədovun namizədliyi YAP tərəfindən irəli sürülmüşdü.
66 saylı Biləsuvar seçki dairəsindən qalib olan Məhərrəmov Bəhruz Abdurrəhman oğlu 1983-cü il təvəllüdlüdür. 37 yaşlı deputat “Paşa Sığorta” ASC-də korporativ hüquq xidmətinin rəhbəri olub. Bitərəfdir.
29 saylı Səbail seçki dairəsindən deputat seçilən Arpadarai Nigar Cavid qızı 1982-ci il təvəllüdlüdür. 38 yaşlı deputat bu vaxta qədər Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işləyib. Bitərəfdir. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qalib Hacıyev Emin Məcid oğlu 1982-ci il təvəllüdlüdür. 38 yaşlı E. Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Birlyində məsul katib işləyib. Namizədliyi YAP tərəfindən irəli sürülüb.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Cəfərov Müşviq Cəfər oğlu 39 yaşındadır. 1981-ci il təvəllüdlü M. Cəfərov Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi olub. Namizədliyi YAP tərəfindən irəli sürülüb.
59 saylı Salyan seçki dairəsinin deputatı Əhmədova Jalə Fərhad qızı 1981-ci il təvəllüdlüdür. 39 yaşlı J. Əhmədova Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Bitərəfdir. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.