Yanvarın 31-i səhər saat 7:11-dən 7:30-dək Azərbaycandan Ermənistana kimlər zəng edib? – TƏFƏRRÜAT
Bu ilin yanvar ayının 31-də səhər saat 7:11-dən 7:30-dək Ermənistanın mobil operatorlarından birinin təxminən 10 abunəçisinə Azərbaycan və digər xarici nömrələrdən zənglər edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, zəngin müddəti 0 saniyə olub. Lakin bəzi abunəçilər göstərilən nömrələrə yenidən zəng etməyə çalışıblar.
MTN-in mətbuat xidmətindən bildirilib ki, zəngə cavab verildiyi və ya bilinməyən xarici nömrələrə yenidən zəng edildiyi təqdirdə telefon nömrəsinin balansından külli miqdarda pul götürülə bilər.
Bununla əlaqədar olaraq, Milli Təhlükəsizlik Xidməti Ermənistan abunəçilərini xarici nömrələrdən gələn zənglərə cavab verməməyə və yenidən zəng etməməyə çağırır.
Yeniavaz.com