İdman

AFFA millinin baş məşqçisi postuna namizədlə görüşdü: Qərarını yaxın günlərdə açıqlayacaq

“Beşiktaş” macərasının bitməsindən sonra hələlik hər hansı klubla anlaşmayan Abdullah Avcı Azərbaycan Futbol Federasiyasının gündəmindən düşmür.

Bu barədə “Hürriyet” nəşri yazıb.

Nəşrin məlumatına görə, yaxın günlərdə Türkiyəyə gedərək A.Avcı ilə görüşən AFFA rəsmiləri təcrübəli məşqçini razı salmağa çalışıblar. 56 yaşlı mütəxəssisin Azərbaycan millisi ilə bağlı qərarını qarşıdakı günlərdə verməsi gözlənilir.

Nəşr qeyd edir ki, A.Avcının millimizi çalışdırmasına ən çox “Beşiktaş” klubu sevinəcək. Belə ki, A.Avcı Azərbaycan millisinin məşqçisi olacağı halda, İstanbul nəhəngi “Beşiktaş” aylıq bir milyon türk lirəsi xərcdən xilas olacaq.

Xatırladaq ki, A.Avcı ilə “Beşiktaş” klubu arasında müqavilənin qarşılıqlı qaydada ləğv edilməsi zamanı əldə olunan razılığa əsasən, İstanbul təmsilçisi üzərinə Avcıya yeni klubla müqavilə imzalayana qədər hər ay bir milyon türk lirəsi (təxminən 283 min AZN – red.) ödəməklə bağlı öhdəlik götürüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir