Ölkədə internetin sürətinin zəifləməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Zirveyolu.info xəbər verir ki, son günlər yerli provayderlərdə və mobil operatorlardan internetin sürətinin zəif olması barədə yayılan məlumatlarla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bu məsələ ilə bağlı kütləvi şəkildə müraciət daxil olmadığını qeyd edib:
Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.
Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar isə nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır. //Axar.az