Məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
O qeyd edib ki, MSK adından sui-istifadə edirlər:
“Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var”, – deyə o əlavə edib.