“Sosial media bizim ən etibarlı köməkçimizdir”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə qayda pozuntuları olan məntəqələrlə bağlı görüntülər yayılıb: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir”.