VI çağırış parlament seçkilərində qələbə qazanan deputat Qənirə Paşayeva onun Milli Məclisin sədri olacağı ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Q. Paşayeva “facebook”da bildirib ki, sosial mediada, bəzi media orqanlarında onun Milli Məclis sədri olacağı barədə əsassız xəbərlər dolaşmaqdadır: “Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir.
Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm. Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.
Xahiş edirəm ki, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin.
Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.