Sosial

DSX və DİN birgə əməliyyat keçirdi: saxlanılanlar var

Cəlilabad rayon sakininin evindən külli miqdarda narkotik aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata əsasən, Rayon Polis Şöbəsi və DSX-nın Göytəpə Sərhəd Dəstəsi əməkdaşları birgə əməliyyat tədbiri keçiriblər.

Nəticədə Cəlilabad şəhərində yaşayan E.Şəmmədovun evinə baxış zamanı oradan 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Şəmmədovun qardaşı, Şötüklü kənd sakini T.Şəmmədovun evinə baxış zamanı isə 1 ədəd nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər iki şəxs saxlanılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir