Dünya

SON DƏQİQƏ: Türkiyə ordusu Suriyaya raket atdı – “Müharibə başladı”…

Türkiyə ordusu İdlibdə Suriya hərbi bazasına raket zərbəsi endirib.

Redaktor.az-ın xəbərinə görə, bu haqda “Anadolu Agentliyi” məlumat yayıb. Çəkilmiş fotolarda yerli əhalinin türk əsgərlərini böyük coşquyla qarşıladığı əks olunub.

“Associated Press” agentliyi Türkiyənin bölgəyə yeni qüvvə göndərdiyini və artıq müharibənin başladığını bildirib. Məlumata görə, raket İdliblə Hələb arasındakı əraziyə düşüb.

Türkiyə ilə sərhədə doğru qaçan insanların yaşadığı düşərgələr Əsəd rejimi tərəfindən atəşə tutulub.

Yerli əhali Türkiyə ordusuna arxalandığını, onların yanında özlərini təhlükəsiz hiss etdiyini söyləyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir