Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,851 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur.
Yanvar ayının xarici ticarət dövriyyəsinin 2,130 milyard ABŞ dolları ixracın, 721 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 66,4% artıb, idxal isə 29,5% azalıb.
Son nəticədə xarici ticarətdə 1,409 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 5,5 dəfə çoxdur.