Nazirlər Kabinetinin Maliyyə Nazirliyi qarşısında qoyduğu vaxtın bitməsinə 10 gün qalır.
Oxu.Az-ın məlumatına görə, Maliyyə Nazirliyi mart ayınadək büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təklifləri təqdim etməlidir.
Xatırladaq ki, Baş nazirin yanvarın 16-da imzaladığı sərəncamla “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiqlənmişdi.