Dünya

Hər an Suriya-Türkiyə müharibəsi başlaya bilər – Ərdoğan az öncə AÇIQLADI

Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiyanın nümayəndə heyətinin qatıldığı Moskva toplantısından bir nəticənin hasil olmadığını vurğulayıb.

Redaktor.az-ın xəbərinə görə, prezident İdlibdə hərbi əməliyyatların daha da genişləndirilməsini vacib məsələ hesab edib. O, “bir gecə qəfildən gələ bilərik” mesajı ilə İdlib hərəkatının an məsələsi olduğunu diqqətə çatdırıb.

Ərdoğan indiyədək arzu etdikləri nəticəyə nail olmadıqlarını, bunun üçün hər cür hazırlıq gördüklərini açıqlayıb.

Qeyd edək ki, son bir neçə gündə Türkiyə ordusu İdlibdə 13 şəhid verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir