Dünya

Beş tondan artıq kokain daşıyan sualtı gəmi saxlanıldı

Panamanın Milli Dəniz Xidməti (Senan) beş tondan artıq narkotik vasitə daşıyan kustar üsulla hazırlanmış sualtı gəmini saxlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, gəmi Bokas-del-Toro şəhərinin şimal-qərb sahillərində ələ keçirilib.

Sualtı gəminin göyərtəsində beş tondan çox narkotik vasitə olan kokain aşkarlanıb.

Narkotik vasitə müsadirə edilib. Eyni zamanda gəmidə olan dörd Kolumbiya vətəndaşı Senan əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd olunub ki, Panama sularında patrul əməliyyatları Kolumbiya Silahlı Qüvvələri ilə birgə həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir