Bir az əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin içərisində xüsusi təyinatlılar olan dörd cipi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında dayanıb. Xüsusi təyinatlılar maşınlardan düşərək sürətlə binaya daxil olublar. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.
Yerli polisin İcra Hakimiyyətinin binasında nələrin baş verdiyi barədə məlumatı yoxdur. İcra Hakimiyyətinin məsul şəxslərinin telefonları susur. Binaya 30-a yaxın xüsusi təyinatlının daxil olduğu bildirilir.
Bu dəqiqələrdə virtualaz.org-un regional müxbirinin məlumatına görə xüsusi təyinatlılar Neftçala rayon İcra Hakimiyyətinin binasına basqın edib.