“İran naziri şübhəli halın 758 olduğunu, 18 halda koronavirus diaqnozunun qoyulduğunu, 5 xəstənin isə öldüyünü söylədi”.
“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca iranlı həmkarı ilə telefon danışığından sonra bildirib.
Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 20-də qeydə alınıb. Ümumilikdə dünyada infeksiyadan ölənlərin sayı 2 200-ü ötüb.
*** 14:46
İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.
“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.
Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.
Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan 4-nün öldüyü təsdiqlənib.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı.