İdman

Messi ilə bağlı şok qərar

“Barselona”nın hücumçusu Lionel Messi Argentinanın dövlət orqanları tərəfindən izlənilib.

Qol.az “Marca”ya istinadla yazır ki, futbolçunun təqib edilməsi ilə bağlı qərarı Argentinanın sabiq prezidenti Maurisio Makri verib. O, 2015-2019-cu illərdə ölkəsinə rəhbərlik edib.
Artıq Argentinanın federal hakimi Rudolfo Korral Messinin izlənilməsinin qanuniliyi ilə bağlı araşdırmaya başlayıb.
Ümumilikdə eks-prezidentin siyahısına 60 nəfər düşüb. Onların arasında Messi, həmçinin qubernatorlar, prokurorlar, hakimlər və biznesmenlər də olub. İzlənmənin Federal Vergi Xidməti və Miqrasiya İdarəsi tərəfindən qanunsuz olaraq həyata keçirildiyi iddia edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir