Bakıda yanğın hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.
Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.
Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tüstülənmənin qarşısını alıb.