Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində partiyadaşlarının belə səsini ala bilməyib.
Gültəkin Sadıqova seçkilərdə 61 saylı Neftçala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə Gültəkin Sadıqov seçkilərdə 351 səs toplayıb. YAP-ın rəsmi internet səhifəsində partiyanın Neftçala rayon təşkilatının 4534 üzvü olduğu qeyd olunub.Gültəkin Sadıqovanın qazandığı səs onların Neftçala rayon YAP-çılarının 1/12-ni təşkil edir. Neftçala YAP-çılarının ona hansı səbəbdən səs vermədiyi bəlli deyil.
MSK Gültəkin Sadıqovanın namizəd olduğu dairədə 21.4 faiz səslə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlını qalib elan edib.
(yenisabah)