Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 25-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan tamaşanın – birhissəli absurd komediyanın premyerasını təqdim edəcək.
AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Bildirib ki, tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Rövşən Cəfərov və Zəki Fətəliyev çıxış edəcəklər.