Belçika millisi və İspaniya “Real Madrid”inin futbolçusu Eden Azar azı 3 ay yaşıl meydanlardan kənarda qala bilər.
“Report” “Sportes”ə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Roberto Martines zədəli oyunçuların son durumu barədə danışarkən deyib.
46 yaşlı mütəxssis Azara görə narahat olduqllarını bildirib: “Real Madrid”in tibb mərkəzi ilə sıx əlaqədəyik. Edenə görə narahatıq. Təəssüf ki, “Mançester Siti” ilə vacib oyun öncəsi belə bir hal baş verdi. Çox məyusuq, çünki zədə onu minimum 3 ay futboldan kənarda qoya bilər. Azar kimi futbolçu hər zaman meydanda olmalıdır”.
Təhlükəli ehtimallar özünü doğrultsa, 29 yaşlı hücumçu 12 iyun – 12 iyulda keçiriləcək AVRO-2020-ni buraxa bilər.
Qeyd edək ki, Eden Azar İspaniya La Liqasında XXV turun “Levante” ilə səfər oyununda zədələnib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.