Fransa şərqi Aralıq dənizindəki maraqları üçün Yunanıstan və Cənubi Kipr Respublikasını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, Fransanın Müdafiə naziri Florence Parly ölkəsinin Aralıq dənizindəki anlaşmazlıq mövzusunda Türkiyəyə qarşı Cənubi Kipr və Yunanıstanın yanında olduğunu bəyan edib.
O bildirib ki, Fransa Efey dənizi ilə Aralıq dənizində çoxyönlü gərginliyə tab gətirmək üçün Yunanıstanın yanındadır.
Nazir əlavə edib ki, Fransa Prezidenti Makronla Yunanıstan Baş naziri Miçotakis yanvarda görüşüb və iki ölkə arasında müdafiə əməkdaşlığını gücləndirmək mövzusunda həmrəylik nümayiş etdiriblər:
“Fransa quru dəniz sərhədləri mövzusunda Yunanıstan və Cənubi Kipri dəstəkləyir, Avropadakı müttəfiqləri ilə birlikdə Türkiyənin necə ana qaydalara hörmət göstərməməsini qınayırlar”.