Dünyada yeni növ koronavirusun yayılması ticarət və maliyyə bazarlarına ciddi təsir edib.
“Bloomberg”in yaydığı xəbərə görə, ABŞ-da yeni həftənin ticarət sessiyası birja indekslərinin əhəmiyyətli dərəcədə azalması ilə müşahidə olunub.
Dünyanın demək olar ki, bütün böyük şirkətlərinin səhmləri ucuzlaşıb.Qeyd edilir ki, Vahid Ələkbərovun prezidenti olduğu “LUKOYL” şirkətinin səhmləri 1.21 milyard dollara düşüb.
Ümumilikdə, planetin ən varlı 500 adamı bir gündə təxminən 139 milyard dollar itiriblər.
Qiymətləndirməyə görə, “Amazon”un başçısı Ceff Bezos və Bernar Arno bir gündə 4,8 milyard dollardan məhrum olublar.
Qeyd edək ki, internet-korporasiyası “Amazon”un qurucusu dünyanın ən varlı adamları siyahısında liderliyini qoruyur.
İspaniyanın pərakəndə satış şəbəkəsi “Zara”nın sahibi Amancio Orteqa eyni səbəbdən 4 milyard, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq isə 3,48 milyard itirib.
Analitiklər koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif ölkələrdə səlahiyyətlilər tərəfindən görülən tədbirlərin qlobal iqtisadiyyata ciddi zərbə vura biləcəyini bildiriblər.