Türkiyə hərbçilərinin Liviyaya gəlməsi Tripoli ətrafında vəziyyəti balanslaşdırıb.
“Akhbar Libya24” xəbər verir ki, bunu dünya tərəfindən tanınmış Liviya hökümətinin XİN rəhbəri Məhəmməd ət-Taher Siyala bəyan edib.
Onun sözlərinə görə, türkiyəli hərbçilərin əsas məqsədi mülki şəxsləri qorumaqdır.
“Türkiyənin gəlişi yerdə vəziyyəti balanslaşdırdı. Onlar olmasa idi, biz bu gün əlimizdə olan mövqelərimizi saxlaya bilməyəcəkdik”, – deyə nazir vurğulayıb.