Cəmiyyət

Parlament seçkiləri: MSK martın 26-dək bu məlumatları dərc etməlidir

Parlament seçkiləri: MSK martın 26-dək bu məlumatları dərc etməlidir
Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar Dairə Seçki Komissiyalarının (DSK) protokollarında olan məlumatlar martın 26-dək tam şəkildə dərc olunacaq.

Oxu.Az-ın xəbərinə görə, bu prosedur Seçki Məcəlləsinin 109.2, 174-cü maddələrinə əsasən tənzimlənir.

Məcəllədə göstərilib ki, DSK-ların protokollarında olan məlumatlar səsvermə günündən sonra 45 gün müddətində dərc olunmalıdır.

Həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilir.

Qeyd edək ki, MSK fevralın 9-da keçirilən seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxır. Qurum fevralın 29-dək müraciətlərin araşdırılmasını yekunlaşdırmalıdır.

Ondan sonra isə 24 saat müddətində yekun sənədləri təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir