Skip to content
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd xidmətindən verilən məlumata görə, mövcud vəziyyətlə bağlı İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib.
Fevralın 26-sı, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.